Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaş qəbulu keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, cədvələ əsasən, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov 11 iyun tarixində Naxçıvanda vətəndaş qəbulu keçirəcək.
Qəbul zamanı Naxçıvan şəhəri ilə yanaşı, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayon sakinlərinin müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulu ilə bağlı əlavə məlumatın aidiyyəti qurumlar tərəfindən təqdim olunacağı bildirilib.








