Ərdoğan kabineti toplayıb

Ərdoğan kabineti toplayıb

16 İyun 2025

Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Prezident kabinetinin iclası başlayıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, hökumətin gündəliyində əsas mövzu İran-İsrail münaqişəsidir.

Prezident R.T. Ərdoğan məsələ ilə bağlı İraq Baş naziri, Oman Sultanı, Küveyt Əmiri, ABŞ Prezidenti, Rusiya Prezidenti, İran Prezidenti ilə telefonla danışıb.

“Terrorsuz Türkiyə”, iqtisadi inkişaf, Ukrayna və Rusiya arasında davam edən müharibə iclasın gündəliyində olan digər məsələlərdir.

Prezident Kabinetinin iclası sonuncu dəfə iyunun 2-də toplanıb.