
Rafail Quliyev Şahbuzda vətəndaşları qəbul edəcək
İyunun 20-də, saat 10:00-da Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri Rafail Quliyev Şahbuz Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon sakinlərini qəbul edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar nagro.gov.az elektron ünvanı vasitəsilə və ya (060) 596-69-62 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilərlər.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.