Naxçıvanda açıq hava idman qurğularının quraşdırılması üçün tender elan edilib -

Naxçıvanda açıq hava idman qurğularının quraşdırılması üçün tender elan edilib - FOTO

17 İyun 2025

Naxçıvan Muxtar Respublikasında açıq havada idman infrastrukturu inkişaf etdirilir.

Bu məqsədlə Naxçıvan MR Gənclər və İdman Nazirliyi şəhər və qəsəbələrdə açıq havada quraşdırılması nəzərdə tutulan idman qurğularının alınması və montajı işləri üçün açıq tender elan edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir.

Tenderin ümumi dəyəri 272 min 739 manat 30 qəpik olaraq müəyyən edilib.