Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib

Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib

16 İyun 2025

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, onu Belarusun müdafiə naziri general-leytenant Viktor Xrenin qarşılayıb.

Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.