Türkiyənin Şanlıurfa vilayətindən Azərbaycana minlərlə ting göndərilib
Türkiyənin Şanlıurfa vilayətinin Meşə təsərrüfatı idarəsi Azərbaycana minlərlə ting göndərib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tingləri daşıyan iki yük maşını ödənişsiz əsaslarda “Ağıllı tinglik” Türkiyə-Azərbaycan layihəsi çərçivəsində ölkəmizə yola salınıb.
Həmin ağac tingləri arasında şam, badam, sərv, lavanda, yasəmən, püstə, sidr və digərləri var.
“Yaşıl” Vətən – bizim sevgimiz” devizi altında həyata keçirilən layihə iki qardaş ölkə arasında ətraf mühitin qorunması sahəsində dostluğu və əməkdaşlığı gücləndirməyi hədəfləyir.








