"Bitcoin"in qiyməti aşağı enib

"Bitcoin"in qiyməti aşağı enib

30 Aprel 2026

Kriptovalyuta bazarında əsas aktivlərdə azalma müşahidə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" "CoinMarketCap" platformasına istinadən xəbər verir ki, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 2,06% azalaraq 2,53 trilyon dollara düşüb.

Sutkalıq dinamika üzrə “Bitcoin”in qiyməti 2,17% azalaraq 75 583 dollara enib və bazar kapitallaşması 1,51 trilyon dollar təşkil edib.

Qızıl əsaslı tokenlər -“Tether Gold”un qiyməti 1,03% azalaraq 4 549 dollara, “PAX Gold”un qiyməti 1,07% azalaraq 4 544 dollara düşüb.

“Ethereum”un qiymətində də eniş müşahidə olunub. Kriptoaktiv 3,61% ucuzlaşaraq 2 243 dollara enib. BNB-nin qiyməti 2,03% azalaraq 615 dollara, “Bitcoin Cash”in qiyməti isə 2,32% azalaraq 443 dollara düşüb.

“Monero” 1,37% ucuzlaşaraq 375 dollara, “Zcash” 2,50% ucuzlaşaraq 330 dollara, “Bittensor” isə 4,92% ucuzlaşaraq 249 dollara enib. Son 24 saatda “CoinMarketCap 20 Index”də də 1,94% eniş müşahidə edilib.

Qeyd edək ki, bazarda azalma əsasən investorların riskli aktivlərdən çıxması və qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artması ilə əlaqələndirilir.