Gecə səs-küyü hansı saatlarda inzibati məsuliyyət yaradır? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Küçələrdə hansı saatlarda səs-küy salmaq, ucadan mahnı oxumaq və digər bu kimi hərəkətlər inzibati məsuliyyətə səbəb olur?
Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai məkanlarda gecə saat 00:00-dan 07:00-dək səs-küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini yüksək səslə çalmaq, televizor, radio, maqnitofon və digər səs cihazlarını gur səslə işlətmək, eləcə də məişət səs-küyünə qarşı mübarizə qaydalarını başqa üsullarla pozmaq inzibati məsuliyyət yaradır.
Sual Şərur rayon prokurorunun köməkçisi Nazlı İsmayılzadə tərəfindən cavablandırılıb.








