Həsən Seyidov Ordubad rayonunda vətəndaşları qəbul edəcək

Həsən Seyidov Ordubad rayonunda vətəndaşları qəbul edəcək

13 Aprel 2026

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov  aprelin 16-da Ordubad rayonunda vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Ordubad rayon sakinləri Culfa Regional Mədəniyyət İdarəsinin Ordubad Rayon Sektoruna müraciət etməklə və 547-11-86, 010-389-69-77 nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qeyd edək ki, vətəndaş qəbulu saat 11:00-da Ordubad Rayon Mədəniyyət Sarayının inzibati binasında keçiriləcək.