İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana səfərə gəlib

04 May 2026

İtaliya Respublikasının Baş naziri Corcia Meloni Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Baş naziri Corcia Melonini hava limanında Azərbaycanın Baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.