Naxçıvanda Ali Məclisin növbəti iclası keçiriləcək
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının səkkizinci iclası mayın 6-da keçiriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasın gündəliyinə bir sıra mühüm qanun layihələrinin müzakirəsi daxil edilib.
Belə ki, deputatlar “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” qanuna dəyişiklik layihəsini birinci oxunuşda nəzərdən keçirəcəklər.
Bundan əlavə, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
İclasda həmçinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin üçüncü oxunuşu da gündəlikdə yer alıb.
Qeyd edək ki, müzakirəyə çıxarılan məsələlər muxtar respublikanın qanunvericilik bazasının təkmilləşdirilməsinə xidmət edir.








