Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq

Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq

22 Aprel 2026

Aprelin 23-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu səbəbdən 110/35/10 kV-luq Sədərək yarımstansiyasından qidalanan 35/10 kV-luq Sədərək yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi saat 10:00-dan 11:00-dək dayandırılacaq.

Qeyd edək ki, həyata keçirilən tədbirlər enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədi daşıyır. Bu çərçivədə elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.