Müdafiəçinin hüquqi yardımının ödənişi - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Müdafiəçinin hüquqi yardımının ödənilməsi hansı hallarda dövlət büdcəsi hesabına həyata keçirilir?
Cavab: Ümumi qaydaya görə, müdafiəçinin xidməti müdafiə olunan şəxs tərəfindən ödənilir. Lakin şübhəli və ya təqsirləndirilən şəxsin maddi imkanı olmadıqda və qanun müdafiəçinin iştirakını zəruri hesab etdikdə, hüquqi yardım dövlət büdcəsi hesabına təmin olunur. Bundan əlavə, məhkəmə şəxsin maddi vəziyyətini nəzərə alaraq onu ödənişdən azad edə və xərclərin dövlət tərəfindən qarşılanmasına qərar verə bilər.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Ülvi Hüseynov








