
Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb
Naxçıvan Muxtar Respublikasında hər bir rayonunun əmək və xammal ehtiyatlarından səmərəli istifadə yolu ilə yeni istehsal və xidmət sahələrinin yaradılması davam etdirilir. Bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində 2025-ci ilin yanvar-sentyabr ayları ərzində müxtəlif təyinatlı 107 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Dövlət maliyyə dəstəyi və özəl investisiyalar hesabına reallaşdırılan layihələr arasında xüsusilə çörək və un məmulatları, mebel, tikinti materialları, içki və qida məhsulları istehsalı üzrə yeni müəssisələr xüsusi yer tutur.
Hazırda muxtar respublika üzrə ümumilikdə 90 layihə çərçivəsində işlər davam etdirilir. Onlardan 38-i yeni yaradılan, 52-si isə mövcud fəaliyyətin genişləndirilməsinə yönəlib.