Naxçıvanda 313 daşınmaz əmlak obyektinə ünvan verilib

Naxçıvanda 313 daşınmaz əmlak obyektinə ünvan verilib

24 Aprel 2026

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən bu ilin yanvar-mart ayları ərzində ümumilikdə 2060 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hesabat dövründə əlavə olaraq 167 torpaq sahəsi, 47 qeyri-yaşayış binası, 42 mənzil, 36 qeyri-yaşayış sahəsi və 21 fərdi yaşayış evi olmaqla, ümumilikdə 313 yeni daşınmaz əmlak obyektinə ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52 faiz artım deməkdir.