Naxçıvanda dekabrın 11-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında dekabrın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Saniyədə 3-8 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° (bəzi yerlərdə 4°-dək şaxta), gündüz 5-10° isti olacağı ehtimal olunur.








