Naxçıvanda hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Naxçıvan Muxtar Respublikasında avqustun 27-dən 30-dək hava şəraitinin dəyişkən olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur.
Bu müddətdə şərq küləyi əsəcək. Küləyin sürəti 5–10 m/san olacaq, bəzi yerlərdə isə arabir 15–20 m/san-dək güclənəcək.
Havanın temperaturunun əvvəlki günlərlə müqayisədə 5–8 dərəcə aşağı enəcəyi gözlənilir.
Qeyd edək ki, avqustun 27–30-da Naxçıvanın da daxil olduğu bir sıra bölgələrdə küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verilib.








