Naxçıvanda intensiv yağıntılar çaylarda su səviyyəsini artırıb

Naxçıvanda intensiv yağıntılar çaylarda su səviyyəsini artırıb

20 Aprel 2026

Naxçıvan Muxtar Respublikası ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, Naxçıvançayın Qarababa, Gilançayın Nurgüt və Ordubadçayın Nüsnüs hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylardan sel sularının keçməsi qeydə alınıb. Yağıntıların güclü olması çay hövzələrində axımın sürətlə artmasına səbəb olub.

Nəticədə, əsasən dağlıq və dağətəyi ərazilərdə qısamüddətli sel daşqınları müşahidə edilib. Mövcud hava şəraiti ilə əlaqədar olaraq çaylarda sululuğun artma ehtimalı qalır.

Mütəxəssislər əhaliyə çay kənarlarına yaxın ərazilərdə ehtiyatlı olmağı tövsiyə edir.