Naxçıvanda orta aylıq nominal əməkhaqqı 4 %-ə yaxın artıb
Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 803 manat təşkil edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Naxçıvanın Nazirlər Kabinetindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % çoxdur.
Xatırladaq ki, 2 ayda Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 % artaraq 1 099 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.








