NDU: Yüksək ideyalar, 700 bala yaxın nəticələr, modernləşən elm və təhsil
Artıq yeni keçid etdiyimiz 2026-2027-ci elm və tədris ilinin astanasındayıq. Güclü potensial əsasında təşəkkül tapan elm və tədris prosesləri, davamlı islahatlar müstəvisində yeniliklərin şaxələndirilməsi, fakültələrin maddi texniki bazasının gücləndirilməsi, qalib ölkənin inkişaf edən ali məktəbi olaraq, Naxçıvan Dövlət Universitetinin müasir mənzərəsini yaratmış, daha innovativ, daha əlçatan ixtisaslaşma mühitinin əsaslarını ortaya qoya bilmişdir. Milli təhsilimizin çoxistiqamətli inkişaf istiqamətlərinin, uzunmüddətli perspektivlərinin və etibarlılıq göstəricilərinin dinamik artım tempinin təşəkkül tapmasında Naxçıvan Dövlət Universitetinin həyata keçirmiş olduğu layihələrin olduqca mühüm əhəmiyyətini qeyd etmək olar.
Yeni iqtisadi, sosial, mədəni, hüquqi və pedaqoji sferalar üzrə həyata keçirilmiş olan tədbirlər Naxçıvan Dövlət Universitetinin son 60 illik inkişaf yoluna işıq salan uğurlarla zəngin olmuş və cari, eyni zamanda, uzaq gələcək üzrə hədəflərinin daha da əlçatan olmasına təminat yaratmışdır. Yeni ixtisasların açılması ilə müşayiət olunan proseslər, nüfuzlu ali məktəblər üzrə müəllim və tələbə mübadiləsi proqramlarının icra olunması, ikili diplom layihələrinin reallaşması və digər amillər, Naxçıvan Dövlət Universitetinin dayanıqlı inkişaf potensialını daha da gücləndirmişdir. Buna görə də, universitetimiz:
- tələbəyönümlü elm və tədris proseslərinin çoxistiqamətliliyinin və şaxələndirilmiş təşəkkülünün dayaqlarını gücləndirmiş;
- bu məqsədlə, elmi və pedaqoji sferalar üzrə dünyaca məhşur nümayəndələrin universitetimizdə elm və tədris proseslərinə dəvət olunmasına əsaslı zəmin yaratmış;
- qarşıdakı mərhələlər üzrə etibarlı potensialın yaradılması sahəsində daha mütərəqqi layihələr ortaya qoymuş;
- regional və milli təhsil arasında fərqliliklərin aradan qaldırılması sahəsində resurslardan səmərəli istifadə olunmasına təminat vermiş;
- region ali məktəblərinin mərkəzdəkilər qədər idarəetmə, yeniliklər və innovasiyalaşma sahəsindəki üstünülüklərə malik olduqlarının əyani təsdiqinə çevrilmişdir. Təbii olaraq, bütün bunlar, hər bir tələbənin təlabatının, görmək istədiyi ixtisaslaşma mühitinin, tədris proseslərinin olduqca mühüm təsdiq formasına çevrilmişdir. Elə bunun nəticəsidir ki, geridə qalan tədris illəri ərzində Naxçıvan Dövlət Universiteti, geniş ictimaiyyətin, xüsusilə də, abituriyentlərin dəyişməz qürur mənbəyinə, hədəfinə və təhsil ocağına çevrilmiş, yüksək bal toplayan, əsasən də 600-700 bal intervalında nəticə göstərən gənclərin seçim obyektini təşkil etmişdir. Diqqət etdikdə aydın olur ki, 2020-2021-ci tədris ilində Naxçıvan Dövlət Universitetində 600-700 intervalında qəbul olan tələbələrin sayı 12 olmuşdursa, 2024-2025-ci tədris ilində 41 olmuş, 2025-2026-cı tədris ilində bu rəqəm 152 olmuş, 2026-2027-ci tədris ili üçün isə 166 olaraq təşəkkül tapmışdır.
2020-2021-tədris ili ilə 2026-2027-ci tədris illəri arasında 14 dəfəyə yaxın artım özünü göstərmişdir. Bu göstəricilər, eyni zamanda, Naxçıvan Dövlət Universitetinin tələbəyönümlü idarəetmə mexanizmlərinin səmərəliliyini, abituriyentlər tərəfindən cəlbediciliyin geniş əhatədə təşəkkülünü ifadə etməkdədir.
Tədris illəri ərzində Naxçıvan Dövlət Universitetinin 600-700 bal intervalında nəticə göstərən tələbələrinin sayında dinamik artım özünü göstərmişdir. Bu isə hər şeydən əvvəl, daha modern tədris imkanlarının yaradılması, zəruri infrastruktur təsisatlarının təşəkkülü və eyni zamanda, universitetlər arasında inkişaf edən münasibətlərin geniş əhatəsi baxımından olduqca əhəmiyyətlidir.
Qeyd etmək olar ki, təkcə son altı il ərzində Naxçıvan Dövlət Universitetində bu sahədə sistemli, əlaqəli və kompleks işlər həyata keçirilmiş, xüsusilə də, açılan ixtisaslarla beynəlxalq miqyaslı ixtisaslaşma mühitinin sarsılmaz dayaqları qoyulmuşdur. Təbii olaraq, bu isə həm cari tədris ilində ingilisdilli ixtisasların sayının 10-na artırılması, həm də tədrisi ingilis dilində olan fənnlərin sayının artmış olması, bu sahədə çoxistiqamətli perspektivlərin olmasını göstərməkdədir. Bu sahədə, olduqca mühüm nəticə ondan ibarətdir ki, artıq Naxçıvan Dövlət Universitetinin Çin universitetləri ilə qarşılıqlı əməkdaşlıqları qurulmuş və inkişafı sahəsində faydalı layihələr həyata keçirilməkdədir. Yeni tədris ilindən isə universitetimizdə Çin dilinin tədrisinin təşkil olunması isə bütövlükdə, ölkəmizin elm və tədris prosesləri ilə yanaşı, eyni zamanda, iqtisadi prioreitetlərinin də əlçatan olmasına mühüm töhvə olaraq çox əhəmiyyətlidir. Çünki, milli iqtisadi prioritetlər çərçivəsində ölkəmizlə Çin arasında beynəlxalq əhəmiyyətli layihələrin reallaşması, xüsusilə də, “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsi əsasında kadr hazırlığına ciddi ehtiyacın yaranması, bu məqsədlə də, Çin dilinin tədrisinin daha da aktuallaşmasına zəmin yaratmışdır. Məhz buna görə də, yeni tədris ilindən etibarən Çin dilinin tədrisi nəzərə alınmış və artıq bu məqsədlə də, Çin dilinin tədrisi ilə bağlı olaraq, mütəxəssisin də dəvət olunması təmin olunmuşdur.
Naxçıvan Dövlət Universitetində 250-yə yaxın təhsil proqramı üzrə kadr hazırlığının həyata keçirilməsi, bu sahədə, yeni ixtisasların həm də istər bakalavr, istərsə də, magistratura təhsil səviyyələrində nəzərdə tutulması ilə paralel olaraq davam etdirilməkdədir. Məhz bu əsasda da, günümüzün reallıqları əsasında təşəkkül tapan islahatlar, Naxçıvan Dövlət Universitetinin timsalında daha effektiv görünməkdədir. Kadr və mütəxəssis hazırlığının, daha səmərəli təşkili məqsədilə, tələbə və müəllim mobilliyinin davamlılığı istiqamətində universitetimizlə xarici ölkələrin ali məktəbləri arasında səmərəli əməkdaşlıqların qurulması və inkişafı olduqca səmərəli idi. Burada, onu qeyd etmək olar ki, Naxçıvan Dövlət Universitetinin 150-yə yaxın universitetlə əməkdaşlıq memorandumunun mövcud olması və onların 80 faizinin işlək olması bu sahədə daha mütərəqqi nəticələrin əldə olunmasına təminat verməkdədir. Artıq son altı il ərzində bakalavr təhsil səviyyəsində 27 ixtisasın zamanın tələbinə uyğun olaraq, açılması təmin olunmuşdur ki, bu da, məhz nəzərdə tutulan hədəflərin daha da əlçatan olmasına xidmət etməkdədir. Təkcə bakalavr təhsil səviyyəsində deyil, eyni zamanda, magistratura təhsil səviyyəsində 35-dən artıq ixisasın zamanın tələbinə uyğun olaraq, açılması da təmin olunmuşdur ki, bu da, universitetin missiyasının, hədəflərinin və resurs təminatının daha da effektivliyinə hesablanmışdır. Buna görə də, bütünlükdə, Naxçıvan Dövlət Universiteti, ölkəmizin elm və tədris sahələri üzrə yeni prioritetlərinin əlçatan olmasına zəmin olmuşdur.
Beləliklə, Naxçıvan Dövlət Universiteti, gələcəyin ali məktəbidir, gələcəyin səsidir, gələcəyin özüdür. Burada, ixtisaslaşan gənclər, abituriyentlər ölkəmizin uzunmüddətli hədəflərinin əlçatan olmasına təminat verəcəklər. Bu gənclər universitetimizdə tədris proseslərinin süni intellekt mərhələsində qurulması mühitində ixtisaslaşacaq, yeni düşüncənin, modern ideyaların və müasir təşəbbüslərin müəllifləri, yaradıcıları və daşıyıcıları olacaqlar.
Cavadxan QASIMOV
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru










