Ölkəmizi dünya çempionatında təmsil edənlər arasında Naxçıvan idmançıları da var
Dünya və beynəlxalq səviyyəli tədbirlərin etibarlı ev sahibi olan Azərbaycanda daha bir idman yarışı keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, noyabrın 23-də “Dünya İdman Paytaxtı” Bakıda qrapplinq, pankration və həvəskar MMA idman növləri üzrə dünya çempionatına start verilib. U15, U17, U20 yaş kateqoriyalarını və böyükləri əhatə edən çempionatda ölkəmiz geniş heyətlə təmsil olunur.
Naxçıvanın “Turan” döyüş klubundan baş məşqçi Xəyal Abdullayev və 12 idmançı dünya çempionatında ölkəmizi təmsil edir.
Dünya çempionatı noyabrın 29-dək davam edəcək.








