Ordubadda abidələrin inventarizasiyası aparılır -

Ordubadda abidələrin inventarizasiyası aparılır - FOTO

18 Oktyabr 2025

Muxtar Respublikada yerləşən daşınmaz mədəni irs nümunələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və qorunması Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi və qeydiyyata alınması məqsədilə yaradılmış İşçi Qrupu tərəfindən Muxtar Respublikadakı abidələrin inventarizasiyası işi davam etdirilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, 16–17 oktyabr tarixlərində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin əməkdaşları Ordubad rayonu ərazisində yerləşən abidələrə baxış keçiriblər.

İşçi qrup tərəfindən Ordubad şəhəri, eləcə də rayonun Xanağa, Vənənd, Ağrı və Dizə kəndlərində yerləşən abidələrin mövcud vəziyyəti yerində qiymətləndirilib, fotoşəkilləri çəkilib və koordinatları müəyyən olunub.

Qeyd edək ki, toplanmış məlumatlar əsasında abidələr haqqında ekspertiza aktları hazırlanacaq. Hazırlanmış aktlar müvafiq rəy alındıqdan sonra təkliflərlə birgə aidiyyəti üzrə təqdim ediləcək.