
Ötən 9 ayda süd vəzinin müayinəsi üzrə 120 mindən çox tibbi xidmət göstərilib
Bu ilin 9 ayı ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, tibbi xidmətlər müxtəlif səbəbli müraciətlər əsasında icbari tibbi sığorta hesabına süd vəzilərinin patologiyaları ilə əlaqəli olub.
Qeyd edək ki, oktyabr Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayıdır.