Ruandanın 20 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Ruandanın 20 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

26 Noyabr 2026

"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş" çərçivəsində 2026–2027-ci tədris ili üzrə 20 nəfər Ruanda vətəndaşı Azərbaycanda ali təhsil almaq hüququ qazanıb.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyidən məlumat verilib.

Bildirilib ki, proqram iştirakçıları bakalavriat səviyyəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alacaqlar.

Təhsil proqramları texniki və texnoloji, eləcə də əsas (baza ali) tibb ixtisas qruplarını əhatə edir.