Sədərək rayonunda su və kanalizasiya layihəsinin icrası üçün  9 milyon manatdan çox vəsait ayrılıb

Sədərək rayonunda su və kanalizasiya layihəsinin icrası üçün 9 milyon manatdan çox vəsait ayrılıb

08 Sentyabr 2025

"Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsi Sədərək rayonunda yarımçıq qalmış infrastruktur layihəsinin tamamlanması ilə bağlı yeni tender elan edib.

“NAXÇIVANXƏBƏRLƏRİ” dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir ki, müsabiqə Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemləri üzrə işlərin icrasını əhatə edir.

Tenderin ehtimal olunan dəyəri 9.107.660,99 manat təşkil edir. Layihə kənd təsərrüfatı və əkinçilik sahəsində infrastrukturun yaxşılaşdırılmasını nəzərdə tutur.

Layihənin əsas məqsədi bölgənin içməli su təchizatını və kanalizasiya infrastrukturunu yaxşılaşdırmaqla, sakinlərin həyat şəraitini yüksəltməkdir. Bu tenderin icrası nəticəsində uzun illərdir davam edən su və kanalizasiya problemlərinin aradan qaldırılması gözlənilir.