Cinayət Məcəlləsinə əsasən hansı hərəkətlər əsaslı risk sayılır? -

Cinayət Məcəlləsinə əsasən hansı hərəkətlər əsaslı risk sayılır? - HÜQUQ MƏSLƏHƏTİ

23 İyun 2025

Sual: Cinayət Məcəlləsinə əsasən hansı hərəkətlər əsaslı risk sayılır?  

Cavab: İctimai faydalı məqsədə nail olmaq üçün əsaslı risk nəticəsində Cinayət Məcəlləsi ilə qorunan obyektlərə zərər vurulması cinayət sayılmır.

Göstərilən məqsədə risk ilə əlaqədar olmayan hərəkətlə (hərəkətsizliklə) nail olmaq mümkün deyildirsə və risk edən şəxs Cinayət Məcəlləsi ilə qorunan obyektlərə zərər dəyməsini aradan qaldırmaq üçün zəruri tədbirləri görmüşdürsə, risk əsaslı hesab edilir.

Bilə-bilə insanların həyatı üçün təhlükə ilə, ekoloji və ya digər fəlakət təhlükəsi ilə müşayiət olunan risk əsaslı hesab edilmir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov