Tərəflər məhkəmə çıxışlarında hansı sübutlara istinad edə bilərlər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Tərəflər məhkəmə çıxışlarında hansı sübutlara istinad edə bilərlər?
Cavab: Cinayət prosesi tərəfləri yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara istinad edə bilərlər. Əgər yeni sübutlardan istifadə zərurəti yaranarsa, tərəf məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırmalıdır.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Ülvi Hüseynov








