XİN rəhbərliyi Fəxri xiyabanı ziyarət edib

XİN rəhbərliyi Fəxri xiyabanı ziyarət edib

07 İyul 2025

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.