XİN rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

XİN rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

07 İyul 2025

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, nazir müavinləri, həmçinin xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri Şəhidlər xiyabanı ziyarət ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, ziyarətçilər “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.