Naxçıvan Muxtar Respublika Stadionu yenidən qurulacaq

Naxçıvan Muxtar Respublika Stadionu yenidən qurulacaq

07 İyul 2025

Naxçıvan Muxtar Respublikasında idman infrastrukturunun yenilənməsi istiqamətində növbəti addım atılır. 

Belə ki, Naxçıvan MR Gənclər və İdman Nazirliyi tərəfindən Muxtar Respublika Stadionunun əsaslı təmiri və yenidənqurulması ilə bağlı layihələndirmə xidmətlərinin satın alınması üzrə müsabiqə elan olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir. 

Qeyd edək ki, layihə üçün ehtimal olunan qiymət isə 718.690,00 manat məbləğində müəyyən olunub.