Zaur Əliyev nazir müavini təyin edildi

Zaur Əliyev nazir müavini təyin edildi

07 Aprel 2026

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Zaur Əliyev bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə jurnalistlərin suallarına cavab olaraq, ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, bu ilin mart ayının 19-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.