ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb

ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb

20 Oktyabr 2025

Xocavənd rayonunun Tağaverd kəndi ərazisində oktyabrın 20-də mina hadisəsi baş verib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ" -nə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, ekskavator operatoru vəzifəsində çalışan Agentliyin əməkdaşı 1967-ci il təvəllüdlü Şirinov İlqar Vəli oğlu xidməti vəzifəsini yerinə yetirərkən baş verən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.