Asbest və tərkibində asbest olan materialların mülki dövriyyədən çıxarılması ilə bağlı dəyişiklik təsdiqlənib
Asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədən çıxarılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Prezident İlham Əliyevin "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklikləri təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, beynəlxalq təcrübə nəzərə alınmaqla, asbest və tərkibində asbest olan materiallar mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilir.
Qanun 2027-ci il iyulun 1-dən qüvvəyə minəcək.








