Ordubadın bəzi kəndlərində elektrik enerjisində müvəqqəti fasilə olacaq

Ordubadın bəzi kəndlərində elektrik enerjisində müvəqqəti fasilə olacaq

20 Fevral 2026

Fevralın 21-də Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən planlı təmir-bərpa işləri aparılacaq. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla əlaqədar olaraq Düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq elektrik xətti rayon ərazisində yüksəkgərginlikli elektrik xətlərinin çəkilməsi ilə əlaqədər sifariş əsasında müvəqqəti olaraq açılacaq.

Aparılacaq işlər səbəbindən Ordubad rayonunun Aza, Azad, Qoşadizə, Kələntər Dizə, Sabirkənd, Baş Dizə və Gilançay kəndlərində saat 10:00-dan 11:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Qeyd edək ki, planlı təmir tədbirləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, şəbəkənin etibarlılığının artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ərazilərdə elektrik xətləri və yarımstansiyalarda mərhələli yenilənmə işləri nəzərdə tutulub.