Həsən Seyidov Culfada vətəndaşları qəbul edib - FOTO
Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov tərəfindən Culfa rayonunda vətəndaş qəbulu keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əvvəlcə nazir müavini Həsən Seyidov və Culfa Rayon İcra Hakimiyyətinin başçısının müavini Sara Hüseynova Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucalan abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüblər.
Culfa Rayon Mədəniyyət Sarayının inzibati binasında keçirilən qəbulda 26 vətəndaş iştirak edib.
Vətəndaşların müraciətləri, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət sahəsi ilə bağlı təkliflər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə nazirliyin struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.
Görüşdə sakinlər tərəfindən diqqətə çatdırılan məsələlərə xüsusi yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.










