
Avqust ayında Naxçıvanda hava necə olacaq?
Naxçıvanda avqust ayına gözlənilən hava pronozu açıqlanıb.
Bu ilin avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
Birinci ongünlükdə ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli və Şərur rayonlarında havanın orta aylıq temperaturu 26-29 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 23-28 dərəcə, gündüzlər 30-35 dərəcə, bəzi günlərdə 38-41 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 6-10 mm).