Naxçıvanda bu qurum yaradıcı vəzifələrə işə qəbul üçün müsabiqə elan edir

Naxçıvanda bu qurum yaradıcı vəzifələrə işə qəbul üçün müsabiqə elan edir

08 Avqust 2025

Müsabiqəyə sənəd qəbulu 08 avqust 2025-ci il tarixdən 15 avqust 2025-ci il tarixinədək həyata keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsabiqədə ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom), yaxud  ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənəd (arayış) almış, xarici ölkədə aldığı təhsil sənədi qanunvericiliklə müəyyən edilmiş qaydada tanınmış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə sənədlərin qəbulu və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Müsabiqədə iştirak edəcək namizədlər yuxarıda qeyd olunan tarixlərdə müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, dövlət nümunəli təhsil sənədinin (diplomun) və ya ali və ya orta ixtisas təhsili müəssisəsini bitirmə haqqında sənədin (arayışın) surəti, əmək kitabçasının surəti (zərurət olarsa), 2 ədəd 3x4 ölçüdə fotoşəkil) Naxçıvan Dövlət Filarmoniyasına təqdim etməlidirlər.

Namizədlər vakant vəzifələr və müsahibə proqramı ilə aşağıdakı linkə keçid etməklə tanış ola bilərlər.

Keçid linki: https://nculture.gov.az/i-s-q-bul

Ətraflı məlumat üçün əlaqə telefonu: 036-545-68-61

Qeyd edək ki, müsahibə mərhələsinin 25 avqust 2025-ci il tarixdə keçirilməsi nəzərdə tutulur.