
Naxçıvanda keçirilən növbəti təmizlik aksiyası "Beynəlxalq Gənclər Günü"nə həsr olunub - FOTO
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “12 avqust-Beynəlxalq Gənclər Günü”nə həsr olunan təmizlik aksiyası keçirilib. Aksiya "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarlarında baş tutub.
"NAXÇVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiyadan əvvəl iştirakçılara günün mahiyyəti və gənclərin ətraf mühitin qorunmasındakı rolu barədə məlumat verilib. Bildirilib ki, aksiyanın əsas məqsədi gənclərdə ətraf mühitə qarşı məsuliyyətli yanaşmanı formalaşdırılmaqdır..
Daha sonra zəruri sanitar ləvazimatlarla təmin olunaraq könüllülər yol kənarlarına atılan məişət tullantılarını toplayıblar.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində ətraf mühitin mühafizəsi, ictimaiyyətin ekoloji problemlərə qarşı həssaslığının artırılması məqsədilə oxşar aksiyaların davam etdirilməsi nəzərdə tutulur.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi olaraq ekoloji-hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir, eyni zamanda ətraf mühitə zərər vuran şəxslərə qarşı qanunveririciliyin tələblərinə uyğun tədbirlər görülür.