Vüqar Süleymanov Peter Mixalko ilə görüş keçirib

Vüqar Süleymanov Peter Mixalko ilə görüş keçirib

08 Avqust 2025

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanda diplomatik missiyası başa çatan Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko ilə görüş keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bidirilib ki, görüş zamanı mina təhlükəsi ilə mübarizə sahəsində Avropa İttifaqı ilə gələcək əməkdaşlıq perspektivləri, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.