Azərbaycan gömrükçüləri 152 kiloqramdan artıq marixuana aşkar edib

Azərbaycan gömrükçüləri 152 kiloqramdan artıq marixuana aşkar edib

01 Avqust 2025

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, “Cənub-Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli təsvirlər müşahidə olunduğundan yük əsaslı yoxlamaya cəlb edilib.

Kinoloji xidmət itinin reaksiyasından sonra aparılan yoxlama zamanı yükün içərisində falqaya bükülmüş şəkildə, kahı formasına salınan və gömrük nəzarətindən gizlədilən 478 ədəd bağlamada  qablaşdırılma ilə birlikdə ümumi təqribi çəkisi 152 kq 295 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.