Azərbaycan və Serbiya arasında “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirilib

Azərbaycan və Serbiya arasında “İkitərəfli hərbi əməkdaşlıq danışıqları” keçirilib

11 Fevral 2026

Azərbaycan və Serbiyanın Müdafiə Nazirlikləri arasında "2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı" imzalanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, sənədin imzalanması Azərbaycan və Serbiya Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" çərçivəsində baş tutub.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə tərəflər arasındakı hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. 2025-ci il üçün hərbi əməkdaşlıq planında nəzərdə tutulmuş fəaliyyətlərin implementasiyasından məmnunluq ifadə edilib.