İlham Əliyev: Son 20 ildə Azərbaycanın generasiya gücü iki dəfəyə yaxın artıb

İlham Əliyev: Son 20 ildə Azərbaycanın generasiya gücü iki dəfəyə yaxın artıb

11 Fevral 2026

Son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısı qeyd edib ki, son 20 il ərzində Azərbaycanın generasiya gücü təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir:

"Yeni elektrik stansiyaları, - istər qaz, istər hidro, istər Günəş, külək, - bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir".