Ermənistan yaxın günlərdə TRIPP barədə rəyləri ABŞ-yə təqdim edəcək
Ermənistan yaxın günlərdə "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə öz rəylərini ABŞ-yə təqdim edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistan biometrik pasportların tətbiqi məsələsində ABŞ ilə əməkdaşlıq etməyi planlaşdırır:
"Gələn ilin payızından etibarən Ermənistanda biometrik pasportların tətbiq olunacağını gözləyirik. Bu vaxtdan etibarən belə pasportların sahibləri Ermənistan sərhədini rahat keçmək imkanına malik olmalıdırlar. Bunun işləməsi üçün ABŞ müvafiq texnologiyaları bölüşməlidir və amerikalı tərəfdaşlar onları bölüşəcəklərinə söz veriblər".








