Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndəriləcək

27 May 2026

Sabah Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək.

Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.