Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu ölkəyə yük "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək.
Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.








