İnzibati qaydada tutmanın müddətli nə qədərdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İnzibati qaydada tutmanın müddətli nə qədərdir?
Cavab: İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, İnzibati Xətalar Məcəlləsinin 89.2 – 89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz.
Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov








