"İctimai işlər" cəzası nədir və kimlərə tətbiq edilmir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: "İctimai işlər" cəzası nədir və kimlərə tətbiq edilmir?
Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. İctimai işlər orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara, hamilə qadınlara, himayəsində üç yaşınadək uşağı olan qadınlara, habelə üç yaşınadək uşağı təkbaşına böyüdən kişilərə, pensiya yaşına çatmış qadın və kişilərə, hərbi qulluqçulara tətbiq oluna bilməz.
Sualı cavablandırdı: Babək rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Nəriman Vəliyev








