DGK sədri Naxçıvanda vətəndaş qəbulu keçirəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq Komitə sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov növbəti qəbulunu Naxçıvanda keçirəcək.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, qəbul mayın 6-da saat 10:00-da Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında (Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 110) baş tutacaq.
Qəbul zamanı Naxçıvan şəhəri ilə yanaşı Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar əvvəlcədən onlayn qaydada qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat əldə etmək üçün Dövlət Gömrük Komitəsinin "195" Çağrı Mərkəzinə müraciət etmək tövsiyə olunur.








