“15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti” adlı tədbir keçirilib -

“15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti” adlı tədbir keçirilib - FOTO

13 İyun 2025

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində “15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti” adlı tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki,  əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirlə əlaqədar olaraq Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinin və Milli Müdafiə Universitetinin rektorunun 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar təbriklərini iştirakçılara çatdırıb. Daha sonra isə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziri Polis məktəbinin rəisi, polis polkovniki Kamil Məmmədəliyev, Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov çıxış etmişlər.

Tədbirdə qonaq  qismində Naxçıvan Muxtar Respublikasının Daxili işlər nazirliyinin Polis məktəbinin kursantları və Heydər Əliyev adına Hərbi Liseyin kursantları iştirak etmişlər.

Sonda tədbirlə əlaqədar videoçarx nümayiş olunub və qonaqlarla xatirə şəkli çəkilib.