Dövlət qeydiyyatına alınan, fəaliyyət göstərən iş yerlərində Əmək Məcəlləsi şamil edilirmi? -

Dövlət qeydiyyatına alınan, fəaliyyət göstərən iş yerlərində Əmək Məcəlləsi şamil edilirmi? - HÜQUQ MƏSLƏHƏTİ

06 Avqust 2025

Sual: Azərbaycan Respublikasında təsis edilən   və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınan, fəaliyyət göstərən iş yerlərində Əmək Məcəlləsi şamil edilirmi?

Cavab: Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa,Əmək Məcəlləsi müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov